Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

İqtisadiyyat.az xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 34 nəfərə şamil olunub.

Onlardan 16-sı həbsdən azad edilib, 18 nəfərinin isə məhkumluğu yarıya endirilib.

Həmin şəxslərdən biri mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovdur.