Tanrıverdi Mustafayev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsində çalışacaq.

İqtisadiyyat.az xəbər verir ki, Penitensiar Xidmətin mətbuat katibi vəzifəsi müvəqqəti olaraq Tanrıverdi Mustafayevə həvalə olunub.

Tanrıverdi Mustafayev bu təyinatadək “Azərişıq” ASC-də çalışıb.

Xatırladaq ki, Penitensiar Xidmətin mətubat katibi Mehman Sadıqov bir müddət əvvəl dünyasını dəyişib. (unikal)