Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları üçün ISO 9001:2015 beynəlxalq standartı əsasında təlimlər keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, fond bunujnla bağlı hazırlıqlara başlayıb.

Bundan əlavə, ISO 9001:2015 beynəlxalq standartı üzrə sertifikatlaşdırma xidmətinin aparılması, ISO 9001:2015 standartı əsasında tətbiq edilən Keyfiyyəti İdarəetmə Sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin və Fondda ISO 37001:2016 beynəlxalq standartının tələblərinə uyğunluq üzrə audit və sertifikatlaşdırmanın keçirilməsi nəzərdə tutulub.