Türkiyənin Düzcə şəhərinin eyniadlı mərkəzi rayonunda 4,3 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə saat 07:57-də qeydə alınan yeraltı təkanın ocağı 9,52 km dərinlikdə olub.

Dağıntı və itkilər barədə məlumat verilməyib.

Xatırladaq ki, noyabrın 23-də Türkiyənin Düzcə şəhərində 6 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 93 nəfər yaralanıb.