"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask bu il 95,4 milyard dollar qazanıb.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Bununla da Mask dünyanın 500 ən varlı adamı siyahısına başçılıq etməkdə davam edir.

Hesabat dövründə 500 ən varlı sahibkarın ümumi sərvəti 1,5 trilyon dollar artıb. "Amazon"un yaradıcısı Ceff Bezos bu il sərvətini 70 milyard dollardan çox, "Meta" korporasiyasının rəhbəri Mark Zukerberq isə 80 milyard dollar artırıb.

 

Gözəl Həşimova