Böyük Britaniyanın ən böyük avtomobil istehsalçısı "Jaguar Land Rover" istehsalı dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkət rəhbərliyi bunun “Brexit” prosesi ətrafında yaranmış qeyri-müəyyənliklə əlaqədar olduğunu bildirib. Şirkətin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu, Kast Bromviç və Volverhempton şəhərlərindəki zavodlara təsir edəcək. Qeyd edək ki, “Brexit” prosesi başladıqdan indiyə qədər Britaniya istehsalı olan avtomobillərin satışları və bu sahəyə investisiya azalıb.