Dünyada ötən il birbaşa xarici investisiyaların həcmi 2021-ci illə müqayisədə 12% azalaraq 1,3 trilyon dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilir.

Məlumata görə, bu il də beynəlxalq biznes və transsərhəd investisiyalar üçün qlobal mühit çətin olaraq qalır. Buna görə də 2023-cü ildə birbaşa xarici investisiyalarda azalma tendensiyası davam edəcək.

Hesabata əsasən, bir çox böhran və problemlər dünya arenasına mənfi təsir göstərib. O cümlədən, Ukraynadakı müharibə, yüksək ərzaq və enerji qiymətləri bir çox ölkələrdə tənəzzül risklərini artırıb. Bildirilib ki, Ukraynadakı müharibə səbəbilə kəskin bahalaşan əmtəə qiymətləri enib, lakin müharibə davam edir və geosiyasi gərginlik hələ də yüksəkdir.