Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət "BRİCS" ölkələri vahid valyuta yaratsalar, de-dollarizasiyanı sürətləndirəcəklər.

İqtisadiyyat.az "Les Echos" jurnalına istinadən xəbər verir ki, Cənubi Afrikada 22-24 avqustda keçiriləcək "BRİCS" sammitində əsas məsələlərdən biri yeni vahid valyutanın yaradılması olacaq.

Məlumata görə, beş dövlətdən ibarət bu qrup dünya əhalisinin 40%-dən çoxunu, dünya ÜDM-nin demək olar ki, dörddə birini və qlobal ticarətin isə 18%-ni təşkil edir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə hesablaşmaların təxminən 90%-i rublla aparılır.