KIZILELMA Combatant İnsansız Təyyarə Sistemi taksi və qaçış testini tamamladı. Həmin anların görüntüləri ilk dəfə paylaşılıb. Bu testi qiymətləndirən mütəxəssislər, "KIZILELMA" nın daha əvvəl elan edilmiş tarixdən əvvəl uça biləcəyi qənaətindədirlər. "KIZILELMA" öz imkanları ilə dünya müharibəsi tarixinə düşəcək platforma kimi qəbul edilir.
Pilotsuz uçuş aparatları sahəsində dünyanın ən səlahiyyətli ölkələrindən birinə çevrilən Türkiyə TB-2 ilə əldə etdiyi uğurun təsadüfi olmadığını və uzun illər bu sahədə səmərəli fəaliyyət göstərəcəyini göstərir. İlk olaraq "AKINCI" və "AKSUNGUR" ilə əlini gücləndirən Ankara, "KIZILELMA MIUS" ilə bu sahədə ən qabaqcıl ölkə olmağa sürətlə yaxınlaşır.
Öz sahəsində təkcə Türkiyənin deyil, dünyanın ən yaxşı müdafiə sənayesi şirkətlərindən biri olan "BAYKAR" ın Texnologiya Lideri Selçuk Bayraktar “Süründü, getdi, qaçdı” qeydi ilə "KIZILELMA" nın trekdəki görüntülərini paylaşıb.

Məhəbbət Məmmədov