Taylandda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində dünya liderləri qlobal və regional problemləri müzakirə etmək üçün bu gün bir araya gələcək.

İqtisadiyyat.az bildirir ki, Tailandın baş naziri Prayut Çan-o-çanın ev sahibliyi ilə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti işə başlayıb. Dünya liderləri iki günlük sammitdə iştirak etmək üçün paytaxt Banqkoka gəliblər.

Rusiyanın Ukraynaya hücumları, artan inflyasiya, iqlim dəyişikliyi, qlobal ərzaq və enerji böhranı, eləcə də regional məsələlər APEC liderlərinin gündəmindədir.

Dünən axşam təşkil edilən qala gecəsinə qatılan liderlər Tailandın baş naziri Prayut Çan-o-çanın çıxışından sonra təşkil edilən yerli musiqi və rəqs şousunu izləyiblər. Liderlər bu gün və sabah keçiriləcək rəsmi görüşlərdə görüşəcəklər.

Məhəbbət Məmmədov