"ABŞ elə bir vəziyyət yaradıb ki, dünya dollara alternativ axtarmağa məcbur olub".

İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Beynəlxalq Valyuta Fondundakı (BVF) nümayəndəsi Aleksey Mojin bildirib.

Onun sözlərinə görə, ölkələr getdikcə daha çox digər milli valyutalardan, ilk növbədə Çin yuanından istifadə edirlər. Belə ki, Braziliya, İran və Səudiyyə Ərəbistanı artıq həm Çinlə, həm də digər ölkələrlə xarici ticarəti bu valyuta ilə aparırlar.