2022-ci ilin sonunda dövriyyədə 14 milyard 714 milyon 360 min manat məbləğində kağız və metal pullar olub.

İqtisadiyyat.az Mərkəzi Banka istinadən xəbər verir ki, dövriyyədə olan kağız və metal pulların məbləği 2022-ci ildə 2021-ci ilin sonu ilə müqayisədə 2 milyard 404 milyon 342 min manat və ya 19,5% artıb.

Əlavə edək ki, 2021-ci ilin sonunda dövriyyədə 12 milyard 310 milyon 18 min manatlıq kağız və metal pullar olub.