Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 45 055 borcalana 2 milyard 659,145 milyon manat kredit verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 361,950 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 535 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Əlavə edək ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.