"Azərbaycanda dövlət satınalmmaalarına nəzarət gücləndirilir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsini təqdim edərkən deyib.

O bildirib ki, dövlət satınalmalarına daha effektiv nəzarətin təmin edilməsi üçün qanun layihəsində nəzarət orqanının səlahiyyətləri genişləndirilib.

Bu səlahiyyətlərdən ən mühüm olanlarından bir qismi aşağıdakılardır:

- Bütün növ protokolların (qərarların) Xidmətə məlumat üçün deyil, razılaşdırılma (təsdiq) üçün göndərilməsi;

- Yekun protokol Xidmət tərəfindən təsdiq edilmədən satınalma müqaviləsinin imzalana bilməməsi;

- Əsaslandırılmış qərar ilə təchizatçıların etibarsız təchizatçıların reyestrinə daxil edilməsi;

- Xidmətin satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etməsi;

- Satınalma müqaviləsi qüvvəyə minənədək Qanunla müəyyən edilmiş qaydada satınalmanın nəticələrinin ləğv edilməsi;

- Satınalma müqavilələrinin icrasına nəzarət etməsi və s;

- Satınalma komissiyasının sədri və ya digər üzvlərinin qanuna zidd hərəkətləri (hərəkətsizliyi) üçün fərdi məsuliyyətin nəzərdə tutulması;

- Satınalma predmetinin ehtimal olunan məbləğindən asılı olmayaraq satınalma komissiyasının tərkibinə başqa nazirliklərin nümayəndələrinin daxil edilməsi ilə bağlı müddəa layihədə nəzərdə tutulmayıb.