Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin may ayı ərzində 288 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Fonddan bildirilib.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin aprel ayı ərzində 548,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, aprel ayı ilə müqayisədə may ayında Fondun valyuta satışı 260,7 milyon dollar və ya 47,5% azalıb.

Dövlət Neft Fondu tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 371,2 milyon ABŞ dolları, mart ayı ərzində 526,2 milyon ABŞ dolları məbləğində valyuta satılmışdır.