Azərbaycan İnvestisiya Holdinqinin 2020-2022-ci, 2023 və 2024-cü illərin maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditi həyata keçiriləcək.

İqtisadiyyat.az Ölkə.Az-a istinadən verdiyi məlumatına görə, müstəqil audit rəyi “Ernst&Yanq (Siyaes) Bİ.Vİ” Şirkətinin Azərbaycan filialı tərəfindən veriləcək.

Azərbaycan İnvestisiya Holdinqi xidmətlə bağlı şirkətə 197,650 min manat ödəniş edəcək.

Qeyd edək ki,bir sıra dövlət şirkətləri -  SOCAR, “Azərbaycan Hava Yolları" QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC “Azərbaycan Beynəlxalq Bankı” ASC, “AzerGold" QSC, “Azərsığorta”, “Azər-Türk Bank” ASC, “BakuBus” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Bakı Metropoliteni” QSC,“Təmiz şəhər” ASC holdinqin idarəetməsinə daxil edilib.