DOST mərkəzlərində son 5 ayda 300 mindən çox vətəndaşa xidmət göstərilib.

Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən İqtisadiyyat.az-a verilən xəbərə görə, bu ilin yanvar-may aylarında DOST mərkəzlərində 300 mindən çox vətəndaşa xidmət göstərilib. Göstərilən bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz təşkil edib.

Hazırda 6 DOST mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, müasir şəkildə təqdim olunur.

Ötən dövrdə DOST mərkəzlərində ümumilikdə 1,57 mln. vətəndaşa xidmət göstərilib.

“Könüllü DOST” proqramına isə bu ilin 5 ayında daha 11 868 min müraciət olub və proqrama 628 nəfər cəlb edilib.

Hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada da DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır.