Noyabrın 16-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərraclar keçiriləcək.

Bu barədə Bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Gəncə şəhəri, Kəpəz rayonu, Cavad bəy Şıxlinski küçəsində yerləşən 3 498,2 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. Əmlaka 290 min manat qiymət qoyulub.