Yevlax Pilot Aqroparkda iki şirkətə - “Nyuvadi” MMC və “Elkür” MMC-lərə rezidentlik statusu verilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, rezidentlər tərəfindən 41,9 hektar sahədə investisiya həcmi 354 min manat olan intensiv meyvə bağları salınacaq: "8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin ediləcək".