Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrell gələn həftə Çinə səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə rəsmi nümayəndəsi Piter Stano bildirib.

Onun sözlərinə görə, Borrell aprelin 13-dən 15-dək Çində olacaq.

Qeyd edək ki, bu gün Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çində olub.