"Çin Ukraynada apardığl müharibədə yardım üçün Rusiyaya silah versə, səhv etmiş olacaq".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O bildirib ki, NATO xarici işlər nazirlərinin növbəti görüşündə Rusiya və Çin arasındakı münasibətlər müzakirəyə çıxarılacaq. 

Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası keçirilir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba müzakirələrdə iştirak edir.