Çində xidmət sektorundakı passivlik ilin ən aşağı səviyyəsinə düşüb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Çin Ümumi Xidmətləri Satınalma Menecerləri İndeksi (PMI) avqust ayında 2,3 bənd azalaraq 51,8-ə düşüb. İndeks 50 punktdan yuxarı olsa da, xidmətlər sahəsində ixracın azalması səbəbindən ilin ən aşağı səviyyəsi qeydə alınıb. 

Çində xidmət sektorunda fəaliyyət göstərən 400-dən çox şirkətin satınalma menecerlərinə göndərilən sorğuların nəticələrinə əsasən, hazırlanan indeks Çində iqtisadi aktivliyin barometri olaraq götürülüb. 

Gülşən Şərif