"21-ci əsr Asiya-Sakit okean regionunun əsridir”

İqtisadiyyat.az xəbər verir ki, bunu Çin Prezidenti Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun (APEC) Sammitində çıxışı zamanı deyib.
"21-ci əsr Asiya-Sakit okean regionunun əsridir. APEC dünya əhalisinin üçdə birini, dünya iqtisadiyyatının 60 faizindən çoxunu və bütün ticarətin demək olar ki, yarısını təşkil edir. Bu, dünyanın ən dinamik inkişaf sahəsidir.”
Region ölkələrinin artıq fövqəladə iqtisadi nəticələr əldə etdiyini bildirən Xi, gələcəkdə daha da böyük hədəfə nail ola biləcəklərini vurğulayıb.

Məhəbbət Məmmədov