Bu ilin yanvar-avqust aylarında Çin və Avropa İttifaqı ölkələr arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azalaraq 529,1 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Hesabat dövründə Çin məhsullarının Avropa İttifaqına ixracı 10,5% azalaraq 340,9 milyard dollar təşkil edib. Aİ ölkələrindən Çinə ixrac isə 2,5% azalaraq 188,2 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova