Çexiya ötən il ukraynalı qaçqınların respublikada qalmasını təmin etmək üçün 14 milyard kron (təxminən 590 milyon avro) ayırıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, Çexiya ötən il Ukraynadan olan qaçqınlara 590 milyon avro yardım edib.

Bundan əlavə, Ukraynadakı hərbi münaqişənin qurbanları ilə bağlı əlavə 27 humanitar layihənin həyata keçirilməsi üçün Çexiya Xarici İşlər Nazirliyinin xətti ilə 193 milyon kron (təxminən 8,2 milyon avro) ayrılıb.