Çexiya Nazirlər Kabineti ölkə iqtisadiyyatının bazar tənzimlənməsi planını təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, proqramda tarix “2025-ci ilədək” göstərilib və aqrar bazarın və sənaye sektorunun bir çox istiqamətlərinin tənzimlənməsi üzrə tədbirlərin görülməsi nəzərdə tutulur. Müvafiq qaydaları maliyyəçi-ekspertlər qrupu işləyib hazırlayacaq. Bu planlar barədə KİV-lərə ölkə hökumətinin başçısı Petr Fiala xüsusi mətbuat konfransında məlumat verib.

Fəaliyyətin prioritet istiqamətləri müəyyənləşib: borcların əmələ gəlmə profilaktikası, vergi, kənd təsərrüfatı məhsulları satışı üçün nəzarət olunan bazarın inkişafı, eləcə də səmərəsiz idxalın mənfi təsirinin azaldılması. Hökumət tərəfindən görülən tədbirlər Çexiya istehsalçılarının məhsullarına tələbatın artmasına gətirib çıxarmalıdır.