Azərbaycan bu ilin yanvar-iyul aylarında Çexiyaya 524,6 milyon dollar dəyərində 906,4 min ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 50,9%, dəyər baxımından isə 51,3 milyon dollar çoxdur.

Məlumata görə, hesabat dövründə Çexiya Azərbaycandan ən çox neft idxal edən 6-cı ölkə olub.

 

Gözəl Həşimova