Bu gün 2022-2023-cü illər UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriləcək.

İqtisadiyyat.az xəbər verir ki, fevralın 15-də iki qarşılaşma keçiriləcək.

Fransanın PSJ klubu Münxenin “Bavariya” kollektivini, “Milan” isə “Tottenxem”i qəbul edəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin “Brücc” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) matçları sabah, digər oyunları isə bir həftə sonra keçiriləcək.