"Ukrayna və Rusiya yaxın zamanda genişmıqyaslı əməliyyatlara hazırlaşırlar".

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. O həmçinin bildirib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovla 6-7 aprel tarixlərində Ankarada Rusiya-Ukrayna müharibəsini, həmçinin, Taxıl dəhlizinin fəaliyyətini müzakirə edəcəklər.

O qeyd edib ki, “Taxıl sazişi”nin müddətinin 60 gündən 120 günə qədər uzatmaq üçün Rusiya taxılı və gübrəsinin dünya bazarlarına çıxışını təmin etmək lazımdır.