"Bəziləri deyir ki, "Rusiyanı müdafiə edirsən?" Xeyr, biz onu müdafiə etmirik, bu bir razılaşmadır. Uyğun olmalıdır."
İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu meksikalı həmkarı Marselo Ebrard Kasaubo ilə görüşü zamanı deyib. 
"Biz prosesi intensiv şəkildə həyata keçirdik, xüsusilə ABŞ və digər tərəfdən Avropalı müttəfiqlərimiz və ölkələrimizlə. Xüsusilə Odessadan Rusiya ammonyakının və bəzi Avropa ölkələrinin Estoniya limanlarından ixracı ilə bağlı intensiv təmaslar aparmalı olduq."

Nazir daha sonra əlavə edib ki , bunun nəticəsidir ki, bu sahələrdə mühüm addımlar atılıb. Rusiyanı da qane etdi, amma demək lazımdır ki, maneələr tam aradan qaldırılmayıb.