Türkiyənin Çanaqqala bölgəsində meşədə yanğın başlayıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır. Bölgəyə yanğınsöndürən təyyarələri, helikopterlər, maşınlar və çox sayda canlı qüvvə cəlb edilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.