Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukraynaya 890 milyon dollarlıq ikinci tranşın verilməsi barədə qərar qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BVF-nin bəyanatında deyilir.

“BVF-nin İcraçı Direktorlar Şurası bu gün Ukrayna üçün Genişləndirilmiş Kredit Mexanizminin (EFE) ilk baxışını başa çatdırıb.

İlk baxışın nəticəsi rəhbərlikə dərhal təxminən 890 milyon dollara bərabər olan 663,9 milyon SDR məbləğində vəsait ayırmağa imkan verir ”,- məlumatda vurğulanıb.