Pakistan Beynəlxalq Valyuta Fondu (BVF) ilə 3 milyard dollarlıq "stand-by" razılaşması (SBA) imzalayıb.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, BVF və Pakistan səlahiyyətliləri 9 ay ərzində 3 milyard dollarlıq "stand-by" təşkil etmək barədə razılığa gəliblər. Bu tənzimləmə 2019-cu ildə Pakistanla bağlanmış razılaşmaya əsaslanır.

BVF ilə "stand-by" razılaşması iyulun ortalarında BVF Rəhbərlər Şurası tərəfindən təsdiqlənməlidir.