Artıq uzun müddətdir ki, Bulvar ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçəsi isə sökülüb. Amma hələ də yeni atraksionlar quraşdırılmayıb. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Dənizkənarı Bulvar İdarəsinin keçmiş sədri vəzifəsindən ayrılarkən ona aid olan atraksionları başqa bir parka köçürməsi olub. Məlum iddia ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Könül İmamverdiyeva ilə əlaqə saxladıq. Mətbuat katibi açıqlamasında bildirdib ki, bu iddialarla bağlı heç bir məlumatı yoxdur:

“Bu məsələdən xəbərsizəm. Amma bildirim ki, atraksionların istismar müddəti bitdiyinə görə fəaliyyəti dayandırılıb. Yaxın gələcəkdə Dənizkənarı Milli Parkın ərazisində yeni attraksionların quraşdırılması nəzərdə tutulur. Hazırda bu məsələ ilə bağlı investorlarala danışıqlar aparılır”.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az