Misir Ukrayna ilə müharibədə Rusiyaya kömək etməyi planlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda Ukrayna mediası yazır. Bildirilir ki, Misirin Rusiyaya yardım etmək planı barədə ABŞ Müdafiə nazirliyinə aid sızdırılmış məxfi sənədlərdə məlumat yer alıb. 

Məlumata görə, bu ilin fevralında Misir Rusiyaya 40 min raket və başqa silah-sursat göndərməyi planlaşdırıb. Plan xüsusi xidmət orqanları tərəfindən üzə çıxarılıb.

Qeyd edək ki, Misir rəsmi şəkildə Ukrayna müharibəsində neytral mövqedə olduğunu açıqlayıb.