Böyük Britaniya tənəzzüldən qaçması ehtimalına baxmayaraq, iqtisadi çətinliklərlə üzləşir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) məlumat açıqlayıb.

"Bu il krallıqda iqtisadi artım 0,4%-ə enəcək. Britaniya iqtisadiyyatının gələn il isə 1% böyüyəcəyi proqnozlaşdırılır. Britaniyanın istehsal potensialını gücləndirmək üçün iddialı islahatlara ehtiyacı var. Bundan əlavə, Ukrayna müharibəsi nəticəsində enerji qiymətlərinin kəskin artması ölkənin bərpasını pozub.

İnflyasiyanın aşağı salınması davamlı sabitlik və artım üçün ilkin şərtdir. Hakimiyyət haqlı olaraq pul siyasətini sərtləşdirib" , - məlumatda deyilir.