“Monako” futbol klubunun prezidenti, rusiyalı milyarder Dmitri Rıbolovlev saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, korrupsiya və “nüfuz alveri”ndə ittiham olunan milyarder Monako prokurorluğunun tələbi ilə həbs edilib.

Onun Monte-Karlodakı yaşayış kompleksindəki evində axtarış aparılıb. Faktla bağlı araşdırma aparılır.