Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, Milli Məclisin növbəti plenar iclası bu gün keçiriləcək. İclasın gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin bu gün Naftalanda Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayonlarının, həmçinin Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin sakinləri ilə görüşü nəzərdə tutulub. qəbul saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Bu gün ifaçılar Canel Nəcəfli və Aytən Rüstəmlinin birgə konserti baş tutacaq. Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçiriləcək “Şərq və Qərbin astanasında” adlı konsertin biletləri 3-15 manat arasında dəyişir. Konsert saat 19:00-da başlanır.

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş konsert keçiriləcək. Konsertdə “Aşıq sənəti” kafedrasının müəllim və tələbə heyəti çıxış edəcək. Konsert saat 19:00-da başlanır. Biletlərin qiyməti 10-15 manat arasında dəyişir.

 

Türkiyənin ilk müşahidə peyki “İMECE” bu gün kosmosda orbitə buraxılacaq. “Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində biz qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik”, - Türkiyə dövlət başçısı qeyd edib.

 

ABŞ Silahlı Qüvvələrinin İllik Strateji Komandanlığı nüvə qüvvələrinin hazırlığını yoxlamaq üçün bu həftə təlimlərə başlayacaq. “Global Thunder 23” adlı təlimə bu gün start veriləcək. Məlumata görə, bu cür təlimlər hər il keçirilir və heç bir dövlətin hərəkətlərinə cavab deyil. Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının yoxlanılmasıdır.Təlimlərdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya da iştirak edəcək.