Bu gün nələr gözlənilir? 

İqtisadiyyat.az xəbər verir ki, bu gün SOCAR “Azəriqaz” İB-nin 104/185 Çağrı Mərkəzinə zəng etmək mümkün olmayacaq. Profilaktik işlərdən irəli gələn 1 sutkalıq fasilə ərzində abonentlərdən xahiş edirik ki, bu nömrələrə zəng etməsinlər”. Bunu Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında jurnalistlərə açıqlamasında bildirib. Şöbə rəisi abonentlərin qaz təchizatında üzləşdiyi problemləri qurumun rəsmi saytı olan azeriqaz.az-a daxil olmaqla və ya (077) 3 104 104 “Whatsapp” nömrəsinə yazmaqla həllinə nail ola biləcəklərini vurğulayıb.

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürəcək. 2 gün davam edəcək mübarizədə Azərbaycan millisi də vəsiqələr uğrunda gücünü yoxlayacaq.

Bu gün Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında Avropa Kuboku yarışları start gö­türəcək. Azərbaycan Cüdo Fede­rasiyasından bildiriblər ki, turnir­də 39 ölkədən 948 idmançı iştirak edəcək. Ölkəmiz yarışda 14 çəki dərəsin­də 20 oğlan və 8 qız cüdoçu ilə təmsil olunacaq.

Qadın futbolçulardan ibarət milli komandamız bu gün “Dalğa Arena”da Türkiyə millisi ilə yoldaşlıq oyunu keçirəcək. Oyun saat 16:00-da başlayacaq.

Bu gün Fransa prezidenti E.Makronun Çinə dövlət səfəri başa çatacaq.