Bu gün duman ilə əlaqədar bəzi magistral yollarda görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq. 

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda 19 məsələ müzakirə ediləcək.

Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Bu gün saat 12:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şəki şəhərində Şəki, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Heydər Əliyev Mərkəzində - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şəki “KOB Dostu” ofisində olacaq.

Bu gün Ə. Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbinin Respublika və Beynəlxalq müsabiqələr laureatlarının konserti keçiriləcək. Konsert saat 18:00-da başlayacaq və Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bu gün “Gənclərə dəstək” layihəsi çərçivəsində viola solisti Humay Hacızadənin “Keçmişdən gələcəyə” adlı konserti baş tutacaq. Konsert Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqi zalında keçiriləcək.

Bu gün Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı tamaşa nümayiş etdiriləcək. Səhnə əsəri saat 19:00-da başlanacaq.

Beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov daha bir təyinat alıb.Təcrübəli mütəxəssis qadın həndbolçuların 2023-cü il dünya çempionatının pley-off  mərhələsinin Türkiyə - Serbiya görüşündə nümayəndə kimi Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək. Oyun bu gün Türkiyənin Giresun şəhərində təşkil olunacaq.

Milli futbolçumuz Mahir Əmrəlinin formasını geyindiyi “Konyaspor” Superliqada növbəti oyununu bu gün evdə “Antalyaspor”a qarşı keçirəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə bu gün daha bir görüş keçirəcək.