"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bu gün saat 10:00-da Balakən şəhərində Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Balakən şəhəri, Atatürk prospekti 2A ünvanında yerləşən Balakən Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək. Qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Bu gün gündüz saatlarına qədər Bakının Cəlil Məmmədquluzadə küçəsinə və İzmir prospektinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır. Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Məktəbdə...” layihəsinin növbəti görüşü bu gün Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə keçiriləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı yazıçı, jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid olacaq.

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanacaq FIFA reytinqində 2 pillə geriləyəcək. Buna səbəb komandanın AVRO-2024-ün seçmə mərhələsindəki ilk iki oyununda məğlub olmasıdır. Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzan Canni De Byazinin kollektivinin aktivindən 9 xal silinəcək. Bu da xalların 1142-yə enməsi ilə nəticələnəcək. Reytinqdə Qambiya və Mərkəzi Afrika Respublikası seçmələri Azərbaycan yığmasını qabaqlayacaqlar.

Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin növbəti oyunlarının vaxtı bəlli olub. Bu mərhələnin növbəti oyunları bu gün və sabah keçiriləcək. Bütün oyunlar Voleybol Mərkəzində təşkil olunacaq. Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

“Neftçi” Premyer Liqanın 29-cu turunda aprelin 8-i saat 20:00-da “Kapital Bank Arena”da “Sumqayıt” klubu ilə qarşılaşacaq. Bu oyuna hazırlıq çərçivəsində bu gün saat 16:00-da komandanın açıq məşqi baş tutacaq. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək məşqin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olacaq.

Finlandiya hökuməti istefa verməyə hazırlaşır. Bu barədə prezidentin dəftərxanası məlumat yayıb. "Baş nazir Sanna Marin bu gün Mayntyniemidə (rəhbərin iqamətgahı) Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə hökumətin istefasını təqdim edəcək", - deyə məlumatda qeyd olunub.

Fransada etirazlar davam edir. Bu gün bir sıra böyük şəhərlərdə təmizlik işçilərinin etirazlara qoşulacağı gözlənilir. 

Rusiya prezidenti Vladimir Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə yeni görüşü bu gün İttifaq Dövlətinin Ali Dövlət Şurasının (XDK) iclası çərçivəsində planlaşdırılıb.