İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün və sabah Bakıda “Kənddən Şəhərə” fermer məhsulları yarmarkası keçirilir. Aqrar məhsulların satışı Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında təşkil olunacaq.

Bu gün saat 09:30-dan 15:00-dək Bakıda Alı Mustafayev küçəsində (yalnız 20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti dayandırılacaq.

Bu gündən Türkiyə boğazlarından dayanmadan keçən beynəlxalq gəmilərdən alınacaq rüsumlarda artırılmış tariflərin tətbiqinə başlanılır. Ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından tranziti üçün rüsumları 4,42 ABŞ dollarına qaldırılıb.

Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşları iyulun 1-də Rumıniyanı tərk edəcəklər. Bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bu addım ölkə hakimiyyətinin diplomatik missiyanın işçilərinin sayını azaltmaq tələbi ilə atılıb. Diplomatik nümayəndəliyin 40 əməkdaşının ailə üzvləri ilə birlikdə ölkəni tərk edəcəyi dəqiqləşib. Ümumilikdə 80 nəfər ölkəni tərk edəcək.

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirəcək. Ağdam təmsilçisi Polşanın "Legiya" klubu ilə qarşılaşacaq.

"Səbail" klubu bu gündən yeni mövsümün hazırlıqlarına başlayır. Komanda məşqlərini iyulun 8-nə qədər Bakıda keçirəcək. Paytaxt təmsilçisi iyulun 9-da toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək.

Bu gün "Neftçi" Rusiyada təşkil edilən “PARI Premyer” turnirinin ilk oyunu çərçivəsində “Zenit”lə qarşılaşacaq.

Arnold Şvartseneqqerin 25 yaşlı oğlu Cozef Baena "Called to Duty" filmində rol alıb. Sözgügedən filmi bu gün ekranlara çıxacaq.

Bu gün Bakıda, "Elektra Events Hall"da reper Pasterin "Çirkin" adlı konserti baş tutacaq. Konsert saat 19:00-da başlanır. Biletlərin qiyməti 30-200 manat arasında dəyişir.