İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Qurban bayramı ilə əlaqədar bütün sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Bildirilib ki, Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl - iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

İşğaldan azad olunmuş ərazilərə təşkil olunan müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər bu gün saat 11-də satışa çıxarılacaq. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Müəllimlərin sertifikasiya imtahanları bu gün də davam edəcək. Gəncədəki 28 və 12 nömrəli tam orta məktəblərdə bu bölgənin ibtidai sininf müəllimləri sertifikasiyanın test imtahanlarını verəcəklər. Bundan başqa Sumqayıtdakı 1 nömrəli tam orta məktəbdə də ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanları təşkil olunacaq.

Milli Məclisin deputatı İqbal Məmmədov MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün bu gün Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfər edəcək.

Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşəcək.

Avropa Komissiyası bu gün Gürcüstan, Ukrayna və Moldovanın islahatlar sahəsində əldə etdiyi tərəqqi ilə bağlı hesabatını təqdim edəcək. Bu barədə Avropa Şurasının press relizində bildirilib. Qeyd olunub ki, hesabat iyunun 22-də Avropa İttifaqının (Aİ) Ümumi Məsələlər Şurasına təqdim ediləcək.

Avropa Şurası Parlament Assambleyası yay sessiyasının gündəliyinə "Laçın dəhlizi vasitəsilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi" məsələsinin "təcili qaydada" müzakirəsini daxil edib. Avropa Şurasının mətbuat xidmətindən bildiriblər ki, debatlar bu gün axşam keçiriləcək. Müzakirənin məruzəçisi İrlandiyadan olan parlamentari Pol Gevandır.

Alimlər bu gün Yer kürəsini maqnit qasırğasının bürüyə biləcəyi barədə xəbərdarlıq ediblər. Bu, Günəş tərəfindən atılan plazmanın axını ilə əlaqələndirilir.

Bu gün Portuqaliyanın Odivelas şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı start götürəcək. Azərbaycan milli komandası yarışda 10 kişi və 7 qız idmançı ilə təmsil olunacaq.

Bosniyalı futbolçu Edin Dzeko “Fənərbağça” ilə razılaşıb. Türkiyə mediası yazır ki, o, 2 illik müqavilə imzalamaq üçün bu gün İstanbula gələcək.

Argentina millisinin futbolçusu Lionel Messinin olunduğu ABŞ-nin "İnter Mayami" klubunda debüt edəcəyi tarix bəlli olub. 36 yaşlı hücumçu yeni komandasında ilk oyununu bu gün keçirəcək. Mayami təmsilçisi Liqalar Kuboku turnirinin qrup mərhələsi çərçivəsində Meksikanın "Krus Asul" kollektivi ilə qarşılaşacaq.