İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans bu gün də davam etdiriləcək. Konfrans Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə həyata keçirilir.

Bu gün Azərbaycan dili və ədəbiyyat, tarix və informatika fənləri üzrə respublika fənn olimpiadalarının final turu keçiriləcək.

Bu gün "Garden Loft" klubunda Viktor Tsoyun, "Kino" qrupunun və müğənni Zemfiranın yaradıcılığına həsr olunmuş tribute-konsert baş tutacaq. Konsert saat 19:00-da başlayır. Biletlərin qiyməti 15-25 manat arasında dəyişir.

Bu gün Beynəlxalq Muğam Mərkəzində Muğam Televiziya müsabiqəsinin qalibi, Beynəlxalq Muğam Mərkəzinin solisti

Nisbət Sədrayevanın "Qəlbimin səsi" adlı Solo Konserti baş tutacaq. Konsert saat 19:00-da başlanır. Biletlərin qiyməti 10-40 manat arasında dəyişir. 

Bu gün Bakı Kristal Holda türkiyəli müğənni Edisin solo konserti baş tutacaq. Konsert saat 19:30-da başlanır. Biletlərin qiyməti 45-145 manat arasında dəyişir. 

Bu gün Bakı Konqres Mərkəzində türkiyəli müğənni Sefonun solo konserti baş tutacaq. Konsert saat 20:00-da başlanır. Biletlərin qiyməti 25-250 manat arasında dəyişir. 

Bu gün Elektra Events Holda Türkiyənin məşhur "Yüzyüzeyken konuşuruz" qrupunun konserti baş tutacaq. Konserti saat 20:00-da başlanır. Biletlərin qiyməti 50-270 manat arasında dəyişir.

Bu gün Türkiyənin məşhur DJ-i Duygu Çiftçioğlu "Are You Disco?" adlı şousu ilə "Hayal Kahvesi" adlı məkanda çıxış edəcək. Disko şou saat 21:00-da başlanır. Biletin qiyməti 5 manatdır.

“Eta-Akvarid” adlı meteor yağışı bu gün də davam edəcək. Mütəxəssislərin sözlərinə görə, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.

Bu gün Londondakı Vestminster abbatlığında kral III Çarlzın tacqoyma mərasimi keçiriləcək. Mərasimə Birləşmiş Krallığın diplomatik əlaqələri olan bütün dövlətlərin başçıları, həmçinin III Çarlzın dövlət başçısı olduğu ölkələrin və Britaniyanın dənizaşırı ərazilərinin rəhbərləri dəvət edilib. Tədbirə Rusiya, Belarus, Əfqanıstan, Venesuela, İran və Suriya nümayəndələri dəvət edilməyib.