Britaniya universitetlərində işləyən 70 mindən çox müəllim, kitabxanaçı və tədqiqatçı bu gün tətil elan edib.

İqtisadiyyat.az xəbər verir ki, Tətildə həmçinin Britaniyanın 19 universitetində işləyən administratorlar, texniki heyət, iaşə və təhlükəsizlik işçiləri iştirak edirlər.

Britaniya universitetlərində müəllim heyətinin orta əmək haqqısı ildə təxminən 31 min funt sterlinqdir (ayda təxminən 2,6 min funt). Avqust ayında hökumət artıq əmək haqqının 3% artacağını vəd edib. Bununla belə, orta aylıq inflyasiya təxminən 8,5% olduğu halda müəllimlər maaş artımının kifayət etmədiyini bildiriblər.