Britaniya Ali Məhkəməsi Şotlandiyanın müstəqillik referendumuna dair müraciətinə müsbət cavab verməyib.

İqtisadiyyat.az xəbər verir ki, Məhkəmə Şotlandiya hökumətinin Britaniya parlamentinin təsdiqi olmadan ikinci müstəqillik referendumunun keçirilməsi tələbini  rədd edib.

Məhkəmənin hakimi Lord Rid bildirib ki, Şotlandiyaya özünüidarə hüququ verən konstitusiya tənzimləməsinə əsasən, Şotlandiya Parlamentinin səlahiyyətləri məhduddur və iki ölkə arasında birliyin taleyi ilə əlaqədar məsələlərdə Londonda Böyük Britaniya Parlamentinə verilən səlahiyyətlərdən istifadə edə bilməz.

2014-cü ildə Şotlandiyada müstəqilliklə bağlı referendum keçirilib və seçicilərin 55 faizi Böyük Britaniyada qalmağa səs verib.