Britaniyada ev təsərrüfatlarına düşən enerji ödənişlərinin yuxarı həddinin gələn ilin yanvar ayından qüvvəyə minəcəyi bildirilib.

Artım 3,549 funt sterlinqdən 4,279 funt sterlinqə yüksəlib.

Digər tərəfdən, İngiltərədə artan enerji qiymətlərinə qarşı xalqa dəstək olmaq üçün bunun 1779 funt-sterlinqi gələn ilin mart ayının sonuna qədər enerji şirkətlərinə birbaşa ödənişlər İngiltərə hökuməti tərəfindən qarşılanacaq.

Belə ki, ödənişlərin yuxarı həddinin gələn ilin mart ayının sonuna qədər 2500 funt sterlinq səviyyəsində saxlanılması planlaşdırılır.

Gələn ilin aprel ayından etibarən Britaniya hökuməti ümumi enerji ödənişləri üçün ev təsərrüfatlarına veriləcək payı ildə 2500 funt-sterlinqdən 3000 funt-sterlinqə qədər artırmağı planlaşdırır.