Britaniya hakimiyyəti Ukraynaya yeni “praktiki” yardım paketi təqdim edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat verib:

“Böyük Britaniya ölkəyə daha 35 xüsusi texnika, o cümlədən 24 təcili yardım maşını və altı zirehli maşın göndərəcək”.

O, həmçinin əlavə edib ki, London yerli infrastrukturun, o cümlədən məktəblərin və sığınacaqların bərpası üçün Ukrayna tərəfinə üç milyon funt sterlinq ayıracaq.

Məhəbbət Məmmədov