BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranda vəziyyətin kritik olduğunu bildirib.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“İranda həftə sonu iki uşaq da daxil olmaqla etiraz aksiyaları nəticəsində ölənlərin sayının artması və təhlükəsizlik qüvvələrinin sərt reaksiyası ölkədə kritik vəziyyətin olduğunu göstərir”, - deyə təşkilatın insan haqları üzrə komissarı Volker Türk bildirib.

Komissarlıq (OHCHR) indiyədək 300-dən çox insanın, o cümlədən 40-dan çox uşağın həlak olduğunu açıqlayıb. Ölənlərin sayının artacağı istisna edilmir.

22 yaşlı Məhsa Əmininin İranın əxlaq polisinin nəzarəti altında vəfat etməsindən sonra başlayan etirazlar tezliklə genişmiqyaslı iğtişaşlara çevrilib.