“Yəməndə oktyabrın 2-də başa çatan atəşkəsdən sonra silahlı qarşıdurmaların bərpası bu ölkə xalqı üçün dağıdıcı nəticələrə səbəb olacaq.”

Bu barədə BMT-nin humanitar məsələlər üzrə məsul əməkdaşı Reena Qhelani BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda deyib.

Yəməndəki aclıq böhranının əhalinin yarısından çoxuna təsir etdiyini bildirən Qhelani, ölkədəki 17 milyon insanın qida mənbəyinin tükəndiyini deyib.

Həmçinin, BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq idə bildirib ki, husilərin Hadramaut və Şabva əyalətlərindəki neft limanlarına hücumları ölkəni neft ixracından əldə etdiyi əsas gəlir mənbəyindən məhrum edib.